“Jacquemus”un kişilər üçün yeni “Neve World” kolleksiyası diqqət çəkib.
OLAY yazır ki, brend oğlanlar üçün nəzərdə tutulan “Teddy” kombinezonları satışa çıxaracaq.
Müxtəlif rənglərdə və isti materialdan olan cibli modellərin artıq görüntüləri də yayımlanıb. Qiymət barədə isə marka hələ ki məlumat yaymayıb.
Qeyd edək ki, brendin sahibi 32 yaşlı Simon Porte Cekmusdur.