Fotosessiya
Fotosessiya

Emilinin yeni sevgilisi Pitdir!

Emilinin yeni sevgilisi Pitdir!

Model Emili Ratajkovskinin yeni sevgilisinin komediyaçı Pit Devidson olduğu bildirilir.

OLAY yazır ki, modelin Bred Pittlə yay sərgüzəştlərindən sonra sevgi romanın reallığına inanmaq çətin olsa da, “US Weekly” yazarları bu barədə iddialıdırlar.

Bildirilir ki, yeni sevgililər gəzintidə olarkən gözə dəyib. “Flirt” dövrünü yaşayan sevgililəri ortaq dostları tanış edib.

“Emili baxmayaraq ki, çətin boşanma prosesindən keçib, ancaq Pitin yanında həmişə üzü gülür”, - deyə, söylənilir. Digər iddiaya görə, Emilini cəlb edən Pitin təkcə yumor hissi yox, həm də iti ağlıdır.

Qeyd edək ki, model əri Sebastian MakKlarddan bu yay boşanıb. Daha sonra o, Bred Pitt və DJ Orazio Rispo ilə münasibət yaşayıb.

Pit isə ən son Kim Kardaşyanla sevgili idi. Ümumilikdə isə Devidsonun sevgililəri siyahısında Ariana Qrande, Kaya Gerber, Marqaret Kelli, Fibi Daynevor da var.