Komediya aktyoru Maksim Qalkin xanımı, Rusiyanın Xalq artisti Alla Puqaçovanı münasibətlərinin ildönümü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, instaqramda “21 il birlikdə! Mən səni sevirəm, Alla! Bu gün birinci ildə olduğu kimi və bir az daha çox” sözlərini paylaşıb.
Qeyd edək ki, cütlük özəl günlərini bir-birindən uzaqda qeyd edir. Belə ki, Alla indi İsraildədir, Maksim isə Baltikyanı ölkələrdə konsertlər verir.
Puqaçova özü də bir müddət əvvəl ərini sosial şəbəkədə münasibətlərinin ildönümü münasibətilə təbrik edib. O, Qalkinə göndərdiyi güllərə görə təşəkkür edib və əri ilə görüşməyi səbirsizliklə gözlədiyini söyləyib.