Fotosessiya
Fotosessiya

Xəyyam Navaiyə cavab verdi

Xəyyam Navaiyə cavab verdi

Əməkdar artist Xəyyam Nisanov onun ünvanına ağır sözlər dediyi iddia olunan Navaiyə reaksiya verib.

Müğənni OLAY-a açıqlamasında həmkarının postunda adını çəkmədiyini qeyd edib:

“Mənim ad və soyadım haradasa yazılıb? Yazılmayıbsa, bitdi. Mən bu ölkənin  vətəndaşı olduğum üçün fərəh duyuram. Həmçinin Respublikanın Əməkdar artisti olduğum üçün şərəfliyəm. Biz nəyi müzakirə edirik? Mənim ad və soyadımı bilirsiz- Xəyyam Nisanov. Soruşuram ki, adım hallanıb, deyirsiz yox. Mən də söyləyirəm ki, başqa şərhim yoxdur”.

Qeyd edək ki, Navai ad çəkmədən post paylaşaraq ağır sözlər yazmışdı.