Cennifer Lopez həyat yoldaşı, aktyor Ben Affleklə 18 il sonra necə birləşdiyi barədə ilk dəfə danışıb.
OLAY yazır ki, CeyLo yenidən ünsiyyət qurmaq təşəbbüsünün Afflek tərəfindən olduğunu bildirib. Bu, müğənninin məşhur beysbolçu Aleks Rodriqeslə nişanlandığını elan etməsindən sonra baş verib.
Belə ki, həmin vaxt Ben Cenniferə elektron məktub ünvanlayaraq nişanlanması münasibətilə təbrik edib. Bundan sonra onların ünsiyyəti davam edib, hətta arabir görüşüblər. Tədricən hər ikisi hisslərinin qaldığının fərqinə varıblar.
“Aydındır ki, biz ictimaiyyət arasında görünmədik. Amma mən əsla aramızda əsl sevginin olduğunu hiss etdiyim faktını yalanlamadım. Sevdiklərim bilir ki, o mənim həyatımda çox xüsusi bir insan olub. Yenidən birləşdiyimiz zaman o hisslər hələ də qalırdı”, - deyə, müğənni qeyd edib.
Xatırladaq ki, Afflek və Lopez bu ilin ilin yayında evləniblər. Cütlük 18 il əvvəl nişanlanmış, lakin sonra ayrılmışdı.