Türkiyədə “Korkut Ata” Türk Dünyası Film Festivalının mükafatlandırma gecəsi baş tutub.
OLAY yazır ki, tədbirdə Azərbaycan filmləri də maraqla qarşılanıb.
“Türk dünyasının ən yaxşı rejissoru” mükafatını isə Xalq artisti Vaqif Mustafayev qazanıb. Kinorejissor bu mükafata festivalın yarışmasında iştirak edən “Həyat, deyəsən, gözəldir” filminə görə layiq görülüb.