Bu il Fransada keçirilən 75-ci Kann Film Festivalı “Grand Lumire” teatrında bağlanış mərasimi ilə başa çatıb.
OLAY yazır ki, gecədə 9 nəfərlik münsifin müəyyən etdiyi mükafatlar sahiblərinə təhvil verilib.
Rejissor Ruben Östlundun çəkdiyi “Kədər üçbucağı” filmi “Qızıl palma budağı” mükafatına layiq görülüb.
“Ən yaxşı rejissor” mükafatı “Ayrılmaq qərarı” filminə görə Çan Vuk Parka verilib.
İkinci yer mənasını verən “Qran Pri” mükafatı Lukas Dontun “Yaxın” və Kler Denisin “Ulduzlar günorta ” filmləri arasında bölüşdürülüb.
İranlı aktrisa Zar Amir Ebrahimi isə “Müqəddəs Hörümçək” filmindəki performansına görə “Ən yaxşı qadın rolu” nominasiyası üzrə qalib olub. Sonq Kang-ho “Ən yaxşı aktyor” , Tarik Saleh isə “Ən yaxşı ssenari” mükafatını “Cənnətdən gələn oğlan” filminə görə qazanıb.
“Münsiflər heyətinin mükafatı”: Feliks Van Groeningen və Şarlotta Vandermeersin “Səkkiz dağ” , Yerji Skolimovski “EO” filminə görə.
“Plan 75” filmi ilə Hayakava Çi “Qızıl kamera” mükafatına layiq görülüb.