Film / Serial
Film / Serial

Günel həyat yoldaşından ayrıldı

Günel həyat yoldaşından ayrıldı

Müğənni Günel Ələkbərova həyat yoldaşından ayrılıb.

OLAY yazır ki, bu barədə o, “MTV magazin”ə açıqlama verib. Günel deyib ki, övladının atası ilə rəsmi nikahı olmayıb:

“Bizim dini nikah kəsdirmişik. Qızım hallalıqla dünyaya gəlib. Qızımızın yanında olduğu müddətdə başımın tacıdır. Biz 12 ilə yaxındır ki, bir yerdəydik. Ona qarşı heç bir yanlışım olmayıb. Bəzi nüanslar var ki, mən də bağışlaya bilmərəm. Aramızda incikliklər var. Arada soyuqluq oldu. O, mənim yanlış etməyəcəyimi bilir. Qızımın xoşbəxt olması üçün çalışıram, o da çox qayğıkeş, yaxşı atadır. Övladımın yanına gəlib-gedir, amma şəxsi münasibətimiz yoxdur. Biz qızımız üçün bəzən bir araya gəlirik. İki mədəni insan kimi ayrılıq qərarı almışıq. Növbəti dəfə ailə qurmağı düşünmürəm, mən qız anasıyam. İstəmərəm, mümkünsüzdür. Mən ögey ata ilə böyümüşəm, istəmərəm ki, qızımın da ögey atası olsun”.