Məşhur aktrisa Nebahat Çehre ilə həmkarı Uğur Yücel arasında qalmaqal yaşanıb.
OLAY yazır ki, Çehre Yücelin bir neçə gündür müzakirə olunan “Məxluqlarla eyni işi görmək qəribə deyilmi?” açıqlamasına münasibət bildirib. O, aktyorun ünvanına bu sözləri səsləndirib:
“Uğur başqa planetdə yaşayır? Özünü başqa planetdə hiss edib deyəsən. “Məxluq” sözü ağır olub. Məndən bir şey istəsələr, sevə-sevə kömək edərəm. Biz gənc deyilik, lakin gənclərlə hər zaman sayğı, sevgi çərçivəsində işləmişəm. Əgər qarşısındakı insanları məxluq kimi görürsənsə, onların olduğu işləri qəbul etmə. Yolun açıq olsun. Nə deyim?”
Çehre həmçinin həmkarının “Qadının 45 yaşı var, deyirlər. Mən də bəyənmirəm. 35 yaşdan sonra istifadə sənədi istəyirəm” fikirlərinə “Bu sözlər qadınlara sayğısızlıqdır” deyərək cavab verib.