Çağatay Ulusoyun yeni layihəsi bəlli olub.
OLAY yazır ki, “Terzi” serialından hər bölüm üçün 500 min lirə (təxmini 45 min manat) qazanan aktyor yenə “Netflix”də yayımlanan ekran işi ilə izləyici qarşısına çıxacaq.
Sənətçi yeni “Centilmen” adlı serialda “jiqolo” obrazına həyat verəcək.
Xatırladaq ki, “jiqolo” dolanışığını imkanlı, yaşlı qadınla təmin edən və onun sevgilisi olan gənc oğlanlara deyilir.