“Shape of You” və “Thinking Out Loud” kimi hitlərə imza atan və dünyanın ən çox qazanan müğənniləri arasında yer alan məşhur britaniyalı müğənni Ed Şiranın həyatı sənədli filmə çevrilir.
OLAY yazır ki, məşhur müğənni Britaniyanın “The Sun” qəzetinə müsahibəsində “Həyatımla bağlı sənədli film çəkirik və ona nələri daxil edə biləcəyimizi danışırıq” deyib.
Keçən ilin aprelində İrlandiyada dünya turnesi başlayan və gələn ilin sentyabrında başa çatacaq 31 yaşlı müğənni sənədli filmində niyə Los-Ancelesdə deyil, Suffolkda yaşadığını və ya məşhurlaşdıqdan sonra həyatının necə dəyişdiyini sənədli filmində paylaşacağını bildirib.