Film / Serial
Film / Serial

“Elite”də rol alacaq rus aktyor kimdir?

“Elite”də rol alacaq rus aktyor kimdir?

Rus aktyor və model Qleb Abrosimov İspaniyanın dünyaca məşhur “Elite” serialının yeddinci sezonunda iştirak edəcək. 

OLAY yazır ki, kiçik yaşlarından modelliklə məşğul olan Qleb karyerasını zirvəyə daşımaq üçün İspaniyaya köçüb. O, doğulduğu Tula şəhərini tərk edərək nüfuzlu model agentliklərindən biri ilə əməkdaşlığa başlayıb.

Abrosimov “Netflix” layihəsinin kastinqlərinə qatılıb və seçimlərdə qalib gəlib.  Bununla da, Qleb “Elite”nin yeddinci sezonunda rol almaq şansını əlkdə edib. 

Qeyd edək ki, serialın altıncı mövsümünün premyerası 18 noyabrda Netflix-də olacaq.