“TV8” ekranlarında yayımlanacaq “Sıfırıncı gün” serialının baş rolları bəlli olub.
OLAY yazır ki, layihədə Engin Öztürklə Aybüke Püsat tərəf müqabili olacaq.
Serialın çəkilişi Mayamidə başlayıb, İstanbulda davam edəcək. Ekran işində Engin Özgür roluna, Aybüke isə Nisan obrazına həyat verəcək.
Xatırladaq ki, cütlük daha əvvəl də “Netflix” serialı “50M2”də partnyor olub.