Əslən Qazaxıstandan olan Rusiyanın tanınmış aktrisası Asel Askar səkkiz aylıq oğlu Aybarsı dəfn edib.
OLAY yazır ki, bu barədə StarHit məlumat yayıb. Oktyabrın əvvəlində sənətçi bildirib ki, oğlu ağır xəstələnib, bundan sonra həkimlər ona anadangəlmə ürək çatışmazlığı diaqnozu qoyublar:
“Adətən belə bir diaqnoz 18 və ya 38 həftəlik hamiləlikdə ultrasəs müayinəsi zamanı müəyyən edilir. Ancaq təəssüf ki, bunu mənə açıqlamadılar”.
Diaqnoz çox gec məlum olduğu üçün həkimlər aktrisanın oğlunun həyatını xilas edə bilməyiblər:
“Vaxt uçur. Amma mənim üçün dayandı. O gün hönkür-hönkür ağladım. Reanimasiyanın qarşısında dayandım, onu əlimdən aldılar”.