Rusiya Prezidenti Vladimir Putin fransız aktyoru Olivye Siouya Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.
OLAY yazır ki, bu barədə ölkə başçısının rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, 2018-ci ildə aktyorun Rusiya vətəndaşlığını almaq cəhdi olub. Lakin o zaman Sioux miqrasiya orqanlarına yaşayış yerinin təsdiqlənməsi bildirişini təqdim etməkdə gecikib.