“Hörümçək adam” rolu ilə ulduzu parlayan ingilis aktyor Endryu Qarfild keşiş rolunu oynadığı “Silence” filmi üçün 6 ay oruc tutduğunu açıqlayıb.
OLAY yazır ki, rejissor Martin Skorsezin çəkdiyi filmdə xristianlığı təbliğ etmək üçün Yaponiyaya gedən katolik keşişini canlandıran aktyor bu prosesdə çox arıqlamaq məcburiyyətində qaldığını vurğulayıb.
“Mən inanılmaz bir mənəvi təcrübə yaşadım. Özüm üçün hər gün yeni rituallar yaratdım. Arıqlamaq üçün 6 ay oruc tutdum” deyən aktyor ekran işinin onun üçün inanılmaz təcrübə olduğunu bildirib.