Türk aktrisa Cansu Tosun həmkarı Tolqa Güleç ilə tərəf müqabili olacaq.
OLAY yazır ki, onlar “Beni sev” filminin baş rolunda oynayacaqlar.
4 həftə davam edəcəyi planlaşdırılan çəkilişlər İstanbul və Yalovada baş tutacaq.
Filmdə “Yasemin” obrazına Cansu, “Emre” obrazına isə Tolqa həyat verəcək.