“Matrix” və “John Wick” filmlərinin ulduzu Kianu Rivz Martin Skorsezenin “Devil in the white city” adlı filmində baş rola çəkiləcək.
OLAY yazır ki, layihə Erik Larsonun eyniadlı kitabı əsasında hazırlanacaq. Ekran işi memar Daniel H.Bernhemin real hekayəsindən bəhs edir.
Layihənin çəkiliş xərcləri “Disney” şirkətinin videoyayım platforması “Hulu” tərəfindən qarşılanacaq.