Film / Serial
Film / Serial

Azərbaycanın qorxu janrında ilk serialı

Azərbaycanın  qorxu janrında ilk serialı

“Red Fox” studiyasının istehsal etdiyi və Azərbaycanın ilk qorxu-fantaziya janrında qısametrajlı serialı “İblisin kitabı” təqdim olunacaq.

OLAY yazır ki, 3 bölümdən ibarət ekranın işinin hər seriyasında tamaşaçılara yeni hekayə göstəriləcək.

“İblisin kitabı”nın ilk bölümü 13 avqustda “Red Fox”un  yutub kanalında yayımlanacaq.

Qeyd edək ki, serialın rejissoru Səid Qurbanovdur. Köməkçi rejissor Ülvi Əsgərov, quruluşçu operator Elnar Emin, ssenari müəllifləri Səid Qurbanov və Ayşən Rəhimovadır.