Hollivudun mərhum ikonası Merilin Monronun həyatı ilə bağlı yeni iddialar səsləndirilib.
OLAY yazır ki, bu barədə onun bioqrafiyasını qələmə alan, yazar Coys Karol Oates danışıb.
O, bildirib ki, 60 il əvvəl dünyasını dəyişən ulduzun maddi vəziyyəti çox pis olub:
“Merilin dünyada böyük populyarlıq qazandı. Lakin o, özündən çox kişilərə pul qazandırdı. O, öləndə layiqli cənazə mərasimi etmək üçün pulu da qalmamışdı. Onun üçün mərasimin xərclərini Merilinin keçmiş əri Coe DiMaqqio qarşıladı.
Merilin xoşbəxt deyildi. Artıq yaşlanmışdı, ona yenə də gənc qız rolları təklif edilirdi. Aktrisa isə bu obrazları canlandırmaq istəmir, ”40 yaşından sonra axmaq sarışın rollarında oynaya bilməzsən” deyirdi. Bəziləri deyir ki, intihar edib. Mən isə elə düşünmürəm. Məncə, o, xoşbəxt olmadığı üçün öldü”.
Qeyd edək ki, Merilinin həyatından bəhs edən “Blonde” filmi yaxın zamanda izləyicilərə təqdim olunacaq.