Film / Serial
Film / Serial

Bu serialın aktyorları “ölümsüzləşdirilir”

Bu serialın aktyorları “ölümsüzləşdirilir”

Bir vaxtların reytinqli serialı “Breaking Bad”ın aktyorları “ölümsüzləşdirilir”.

OLAY yazır ki, ekran işinin baş rolları Brayan Krenston və Aaron Paulun heykəli qoyulacaq. 

Belə ki, sənətçilərin abidəsi serialın çəkildiyi Amerikanın Nyu-Meksiko əyalətinin Albuquerque bölgəsində inşa ediləcək. 

Aktyorların iştirak etdiyi heykəl açılışı iyulun 29-da baş tutacaq. 

Qeyd edək ki, “Breaking Bad” 2013-cü ildə ən reytinqli serial kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.