Fotosessiya
Fotosessiya

BTS-in üzvü “Ginnesin Rekordlar Kitabı”na düşdü

BTS-in üzvü “Ginnesin Rekordlar Kitabı”na düşdü

Dünyaca məşhur K-pop qrupu BTS-in üzvləri ötən həftə İnstaqram hesabı açmışdı.

OLAY yazır ki, qrupun ulduz solistlərindən olan Vi (Kim Taehyunq) “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bu barədə “Ginnes” özü açıqlama yayıb. Bildirilir ki, Vi İnstaqramda ən tez 1 milyon və 10 milyon izləyici yığan şəxs kimi tarixə düşüb. Daha sonra kitabın rəsmi səhifəsi Kimi izləməyə alıb.

Qeyd edək ki, Vi 6 dekabrda İnstaqram hesabı açıb. Hazırda onu izləyənlərin sayı 25 milyonu ötüb.