Türk aktrisa və ssenarist Gülse Birselin “Disney Plus”da layihəsi yayımlanacaq.
OLAY yazır ki, Gülse ssenarisini hazırladığı “Yılbaşı” adlı filmin hazırlıqlarını tamamlayıb.
Birsel həmin işbirliyindən 30 milyon Türk lirəsi qazanacaq. Sənətçinin özünün də rol aldığı ekran işinin aktyor heyətində Ezgi Mola, Cengiz Bozkurt, Fatih Artman, İrem Sak, Alican Yücesoy, Serkan Keskin, Boran Kuzum, Büşra Pekin ve Ayta Sözeri kimi simalar var.
Qeyd edək ki, G. Birsel “Avrupa yakası”, “Jet sosyete”, “Yalan dünya” kimi serialların yazarıdır.