80-ci illərdə bir qrup gəncin macəra dolu hekayəsindən bəhs edən “Stranger Things” 4-cü sezonu ilə yeni rekord qırıb.
OLAY yazır ki, Millie Bobbie Brown, Winona Ryder və David Harborun rol aldığı serialın yeni sezonu 1 milyard saat izlənilib.
Mayın 27-də mövsümün ilk hissəsini yayımlayan “Netlix”, qalan iki bölümü iyulun 1-də tamaşaçıları ilə görüşdürüb.
Ümumilikdə 4 saat davam edən iki bölüm dördüncü sezonun ümumi baxış müddətini 1 milyard 15 milyon saata çatdırıb.
Serialın 4-cü mövsümü rəqəmsal platformada ingilis dilində ən populyar istehsal olub.
Qeyd edək ki, 1 milyard saatlıq baxışa çatan ilk istehsal dünyada fenomenə çevrilən “Squid Game” idi. Belə ki, ekran işi hələ də 1 milyard 65 milyon baxışla rəqəmsal platformanın ən çox izlənilən istehsalıdır.