Dünyaca məşhur aktyor Coni Depp “Karip dənizinin quldurları” filminə qayıdır.
OLAY yazır ki, sənətçi layihənin davamı üçün “Disney”lə razılaşma imzalayacaq.
Bu işbirliyindən Coni 300 milyon dollar qazanacaq.
Qeyd edək ki, keçmiş xanımı Ember Hördlə qalmaqallı şəkildə ayrıldıqdan sonra adı şiddət xəbərlərində hallanan Coninin filminin davamı çəkilməmiş, o, layihədən kənarlaşdrılmışdı. Depp ötən 15 il ərzində 5 “Karip dənizinin quldurları” filmində Kapitan Cek obrazını oynayıb.