Xalq artisti Şeyx Əbdül Mahmudov “Qaynana” filmini tənqid edib.
OLAY yazır ki, bu barədə o, “Gəl danış” proqramında açıqlama verib.
Rejissor deyib ki, bu əsər Azərbaycan ədəbiyyatına və əxlaqına xas deyil:
“Bəlkə də mən kino və teatr sahəsindəki yeganə ziyalıyam ki, “Qaynana” əsərinə qarşıyam. Onu yazan insanı da yaxşı tanıyıram. Adı Məcid Şamxalovdur, 1937-ci ildə “evlər yıxan” aktyorlardan biri olmuşdur.
Sonradan acınacaqlı taleyi oldu. Bu əsər Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil. Əvvəl tamaşası səhnələşdirildi, sonra filmi çəkildi. Kimin anası, nənəsi elədi?”.
Qeyd edək ki, “Qaynana” filmi 1978-ci ildə çəkilib. Ekran işində SSR xalq artistləri Nəsibə Zeynalova, Fuad Poladov, Xalq artistləri İlham Namiq Kamal, Səfurə İbrahimova kimi sənətkarlar rol alıb.