Film / Serial
Film / Serial

Kıvançın serialı ilk beşlikdədir

Kıvançın serialı ilk beşlikdədir

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun rol aldığı “Yakamoz S- 245” serialı Netflix platformasında ən çox baxılanlar siyahısına daxil olub. 

OLAY yazır ki, sözügedən ekran işi 1 həftəyə 13 milyon saat baxış toplayaraq “dili ingilis olmayan seriallar” siyahısında 5-ci olub. 

Qeyd edək ki, serialda Özge Özpirinçci, Ertan Saban, Ece Çeşmioğlu, Cerri Hofman, Ecem Uzun, Meriç Aral, Ersin Arıcı, Onur Ünsal, Güven Murat Akpınar, Hakan Salınmış kimi sənətçilər də çəkilib.

Ekran işində sualtı qayıqla aparılan araşdırmaya qatılan dəniz bioloqu Armanın dünyanı alt-üst edən fəlakətdən sonra ekipajı ilə ölüm-dirim mübarizəsi aparmasından bəhs edilir.