Bank quldurluğundan bəhs edən məşhur Netflix serialı “La casa de papel”in Cənubi Koreya versiyasının yeni tizeri təqdim olunub.
OLAY yazır ki, sözügedən ekran işi “Money Heist: Korea - Joint Economic Area” adlanır. Yeni Netflix layihəsinin direktoru Kim Sung-heondur və premyera iyunun 24-də olacaq.
Serialda professor rolunu (orijinalda onun rolunu Alvaro Morte ifa edir – red) Yoo Ji-tae canlandıracaq.