Dünyaca məşhur ispan serialı “La Casa De Papel”in daha bir versiyası çəkilib.
OLAY yazır ki, bu dəfə koreyalılar serialın ssenarisini özününküləşdiriblər. Belə ki, “Soyğun: Koreya - Birgə İqtisadi Ərazi” adlanan ekran işində də idarəetmə “Professor”un əlindədir.
“Maskanın kölgəsi altında gizlənən çarəsizlərdən ibarət ekipaj Koreyanın indiyə qədər gördüyü ən böyük soyğunu həyata keçirmək üçün yalnız “Professor” kimi tanınan cinayətkarın rəhbərliyi altında birləşir.
Professora etibar edin. Şəhərinizin adını seçin. Maskalarınızı taxın. Vaxtdır”, - deyə, serialın tizerində açıqlama verilib.
Qeyd edək ki, serialın yeni versiyası da “Netflix”də yayımlanacaq.