Kıvanç Tatlıtuğun ötən həftələrdə “Netflix”də yayımlanan “Yakamoz S-245” serialının çəkiliş meydançasında gərginlik yaranıb.
OLAY yazır ki, aktrisa Özge Özpirinçci ilə ekran işinin prodüseri Onur Güvenatan arasında mübahisə meydana gəlib. Problemlər səhnələrin deyildiyi vaxtda, təyin olunan yerdə çəkilməməsinə gətirib çıxarıb.
Bu səbəbdən prodüser Özgeni məhkəməyə verib. Hətta Özge layihə üçün təşkil olunan gecədə iştirak etməyib.