Film / Serial
Film / Serial

“İti qovan kimi” mesajı məşhur türk serialında

“İti qovan kimi” mesajı məşhur türk serialında

Türkiyənin reytinqli seriallarından biri “Kuruluş Osman”ın son bölümündə Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin çıxışı zaman səsləndirdiyi “İti qovan kimi qovuruq” ifadəsinə yer verilib. 

OLAY yazır ki, bu ifadə ekran işində rol alan həmyerlimiz, Avropa çempionu Zabit Səmədovun dilindən səsləndirilib. 

“Gence bey” obrazına həyat verən Səmədovun ata yurdundan qayıtması təsvir olunub. “Ata yurdunda nə etdiniz” sualına o “Zalim düşmənləri iti qovan kimi qovduq” cavabını verib.