Olay
Olay

“Kuruluş Osman” Azərbaycan dilində olacaq

“Kuruluş Osman” Azərbaycan dilində olacaq

Türkiyənin məşhur “Kuruluş Osman” serialı AzTV-də yayımlanacaq. 

OLAY yazır ki, “Bozdağ film”in istehsalı olan ekran işinin yayım hüququ ilə bağlı müqavilə artıq imzalanıb. Çəkilişləri hələ davam edən serial Azərbaycan dilinə dublyaj olunacaq. “Kuruluş Osman”ın AzTV-də sentyabr ayından yayımlanması planlaşdırılır.

Qeyd edək ki, ssenarisi Mehmet Bozdağa aid olan serialda tanınmış aktyorlar – Burak Özçivit, Yıldız Çağrı Atiksoy və digərləri rol alıblar.

“Kuruluş Osman” serialı hazırda AzTV-də yayımlanan “Diriliş Ertoğrul” serialının davamıdır.