Film / Serial
Film / Serial

“Bergen”in Bakı təqdimatında yaşananlar

“Bergen”in Bakı təqdimatında yaşananlar

Bakıda “Bergen” filminin təqdimatı keçirilib.

OLAY yazır ki, Park Cinemada keçirilən qala gecəsinə filmdə rol alan türkiyəli məşhurlar da qatılıb.

Filmdə Bergeni canlandıran Farah Zeynep Abdullah jurnalistlərin suallarını cavablandırıb. Sənətçi müzakirələrə səbəb olan qala geyimindən də danışıb:

“O zaman da özüm bəyənərək geyinmişdim, indi də belə geyinmişəm. Kiminsə zövqünə görə geyinmirəm”.

Bergeni canlandırmağın çox fərqli bir hiss olduğunu söyləyən Farah filmdən və hekayəsindən çox təsirləndiyini deyib.

Onunla bərabər layihənin digər aktyorları Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və Ali Seçkiner Alıcı da gecədə yer alıb.

Zalda izləyiciləri salamlayan sənətçilərdən Ali Seçkinerin çıxışı xüsusilə diqqət çəkib. Aktyor mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsini yad edib. O, Azərbaycan dilində bir neçə söz öyrəndiyini bildirib: 

“Mən bir az hazırlaşmışam. Axşamın xeyir, can Azərbaycan. Eyni zamanda bizim yazarımızın sizə çatdırmağımı istədiyi mesaj var. Bir neçə gün əvvəl dəyərli yazıçılarınızdan biri Rüstəm İbrahimbəyov vəfat edib. Allah rəhmət etsin. Torpağı bol olsun”.

Qeyd edək ki, ekran işi məşhur arabeks ifaçısı Bergenin faciəli həyatından bəhs edir. Filmdə qadın cinayətlərinə diqqət çəkilir.