Film / Serial
Film / Serial

Məşhur aktyor Ukrayna xalqına qapılarını açdı

Məşhur aktyor Ukrayna xalqına qapılarını açdı

“Şerlok” serialı ilə tanınan məşhur britaniyalı aktyor Benedikt Kamberbetç həyat yoldaşı Sofi Hanterlə birlikdə Londonda keçirilən BAFTA mükafatlandırma gecəsinə qatılıb.

OLAY yazır ki, o, mərasimdə Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi ilə bağlı şərhlər verib.

Daha əvvəl qatıldığı mükafatlandırma mərasimində Ukrayna xalqına dəstəyini göstərmək üçün əlində ölkə bayrağı ilə səhnəyə çıxan Kamberbetç bu dəfə evinin qapılarını müharibədən qaçanların üzünə açacağını bildirib.

45 yaşlı aktyor vurğulayıb ki, Ukraynanı dəstəkləyənlər ölkə bayrağının rənglərində döş nişanı taxmaqdan daha çox iş görməlidirlər.

Sənətçi ictimaiyyətin əziyyət çəkən insanlara kömək etmək üçün siyasətçilərə daha çox təzyiq göstərməli olduqlarını deyib.

“Bu, Ukraynada əziyyət çəkən bacı və qardaşlarımın yanında olduğumu göstərmək üçün etdiyim bir işdir. Hər kəs əlindən gələni etməlidir. Evlərinin qapılarını bu insanlara açmaq istəyən çoxlu könüllülər var. Mən onlardan biri olmağı ümid edirəm”,- deyə aktrisa bildirib.