Olay
Olay

BAFTA mükafatları sahiblərinə verildi

BAFTA mükafatları sahiblərinə verildi

Britaniya Film Akademiyasının bu il 75-ci dəfə keçirilən BAFTA mükafatları sahiblərinə verilib.

OLAY yazır ki, Londondakı Royal Albert Hallda keçirilən tədbirin aparıcılığını avstraliyalı aktyor Rebel Uilson edib.

Gecəyə qatılan məşhurlar Ukraynada yaşanan müharibəni də unutmayıb. Ölkənin bayrağının rənglərini daşıyan broş taxıblar.

Bu il BAFTA-dakı namizədlik rekortmeni “Dyun” ( Qum təpəsi – red.) filmi idi. Ekran işi tədbirdən 5 mükafatla ayrılıb. “Ən yaxşı orijinal musiqi”, “Ən yaxşı səs”, “Ən yaxşı prodakşn işi” kimi nominasiyalarda qalib olan film “Ən yaxşı film” mükafatını isə ən güclü rəqibi “İtin gücü”nə verilib.

“Ən yaxşı rejissor” mükafatı isə sözügedən filmin rejissoru Ceyn Kempionun olub. Kempion 75 illik BAFTA tarixində bu mükafatı qazanan üçüncü qadın olub.

Gecədə digər mükafat sahiblərini təqdim edirik:

“Ən yaxşı aktrisa” – Coanna Skenlan (Eşqdən sonra)

“Ən yaxşı aktyor” – Uill Smit (Kral Riçard)

“Ən yaxşı ikincidərəcəli aktyor” – Troy Katsir (Coda)

“Ən yaxşı ikincidərəcəli aktrisa” – Ariana Debose (Qərb hekayəsi)

“Ən yaxşı ssenari” – Likrış Pizza (Paul Tomas Anderson)

“Ən yaxşı ingilis filmi” – “Belfast”