Dünyada “Salt Bae” (Duzlama) hərəkatı ilə tanınan və müxtəlif qitələrdə restoran şəbəkəsi olan fenomen aşpaz Nusret Gökçenin həyatı sənədli filmə çevirilir.
OLAY yazır ki, artıq “Disney Plus” ekran işini çəkmək üçün hərəkətə keçib.
Layihəni məşhur amerikalı rejissorun çəkəcəyi ehtimal olunur. Sözügedən şəxsin kimliyi barədə hələ ki məlumat verilməyib.