Amerikanın “The Walt Disney Company” şirkəti Rusiyada filmlərinin nümayişini dayandırır.
OLAY yazır ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
“Ukraynanın əsassız işğalını və dəhşətli humanitar böhranı nəzərə alaraq, biz Rusiya kinoteatrlarında film nümayişlərini, o cümlədən Pixar-ın qarşıdan gələn premyerasını dayandırırıq”, - bəyanatda deyilir.
“The Walt Disney Company”nin nümayəndələri vurğulayıblar ki, gələcək qərarlar şirkət rəhbərliyi tərəfindən “vəziyyətin necə inkişaf edəcəyinə əsaslanaraq” veriləcək.