Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətə gəlməmişdən əvvəl baş rolda oynadığı “Xalqın xidmətçisi” serialı bir həftə ərzində 15 ölkəyə satılıb.
OLAY yazır ki, ekran işinin müəllif hüquqlarına sahib olan İsveç yayım şirkəti 20 ölkə ilə danışıqlar apardıqlarını açıqlayıb.
Bu barədə “Eccho Rights” adlı agentliyin ortaqlarından olan Nicola Soderlund məlumat verib.
Sözügedən layihə 2015 - 2019-cu illərdə yayımlanıb.
Qeyd edək ki, Zelenski serialda tarix müəllimi Vasiliy Qoloborodkonu canlandırırdı və o, verdiyi açıqlamalarla xalqın səsini toplayaraq dövlət başçısı seçilib.