Olay
Olay

Xatirə Məlahət Abbasovanı qınadı

Xatirə  Məlahət Abbasovanı qınadı

Müğənni Xatirə İslam Ukrayna prezidenti Volodimir Zelenskini tənqid edən Əməkdar incəsənət xadimi Məlahət Abbasovaya cavab verib.

OLAY  yazır ki, aktrisanın açıqlamasını paylaşan Xatirə onunla razılaşmayıb:

“Məlahət Abbasova, onu deyim ki, istənilən insan ölkə başçısı ola bilər. Prezident olmaq üçün xüsusi ali təhsil müəssisəsi yoxdur. Azərbaycan tərəfindən bu cür yanaşmanı istəməzdim. Heç olmasa sakit oturun. Məsələn, Ronald Reyqan həm yaxşı aktyor, həm də yaxşı prezident idi. Amerika kimi böyük dövlətdə iki dəfə prezident seçilib”.

 Qeyd edək ki, M.Abbasova V.Zelenski barədə bu fikirləri səsləndirmişdi:

“Volodimir Zelenski aktyor, ssenarist və rejissordur. Komediyaçı və siyasətçidir. Siyasət onun işi deyil. Aktyordan lider olar? Adama deyərlər ki, get, aktyorluğunu və rejisssorluğunu et. Əlbəttə ki, bu savaşda yalnız qalacaq”.