Venesiya kinofestivalının təşkilatçıları bu il Rusiyadan gələn nümayəndə heyətlərinin iştirakını qadağan edəcək.
OLAY yazır ki, bu barədə “The Hollywood Reporter” xəbər yayıb. Qeyd olunub ki, müstəqil rus rejissorları avqustun 31-dən sentyabrın 10-dək keçiriləcək film icmalında iştirak edə biləcəklər.
Təşkilatçılar bu qərarı Ukraynadakı hərbi əməliyyatlara görə qəbul etdiklərini və bununla da bütün Ukrayna xalqına və onların sənətçilərinə tam dəstəklərini ifadə edirlər.