Film / Serial
Film / Serial

“Euphoria”nın ulduzu nişanlandı

“Euphoria”nın ulduzu nişanlandı

Son vaxtların populyar seriallarından biri “Euphoria”nın ulduzu Sidney Svini nişanlanıb. 

OLAY yazır ki, o, 2018-ci ildən bəri sevgili olduğu Conatan Dağını ilə evlilik yolunda ilk addımı atıb. Onlar hələ üç il əvvəl bir tədbirdə əl-ələ görüntülənib. Bundan sonra münasibətlərinin olduğu üzə çıxıb. 

Sidney bir jurnala müsahibəsində sənət adamları ilə sevgili olmadığını açıqlayıb:

“Səhnə insanları ilə eşq yaşamıram. Aktyorlarla, musiqiçilərlə şou aləmindəki kimsəylə görüşmürəm. Bütün gün bir yerdə gülüb, vaxt keçirə biləcəyim biri ilə sevgili olaram”.

Bundan başqa, Sidney yaxınlarının ona hər zaman dəstək göstərdiklərini, inkişafı üçün yanında olduqlarını söyləyib.