2015-2018-ci illərdə yayımlanan və bir qrup lisey şagirdlərinin yaşadıqları həyatdan bəhs edən “Kırqın çiçekler” serialının aktyorları illər sonra bir araya gəlib.
OLAY yazır ki, Gökçe Akyıldız, Aleyna Solaker, Mehmet Aykaç, Naz Çağla Irmak, Nil Keser, Arif Diren və Hazar Motan birlikdə çəkdirdikləri fotoları sosial media hesablarında paylaşıblar.
Sənətçilərin illər içərisindəki dəyişiklikləri diqqət çəkib.
Qeyd edək ki, serial 3 sezon yayımlanıb, 113 bölümdən ibarət idi