Film / Serial
Film / Serial

“Sihirli annem”in aktrisaları Londonda görüşdülər

“Sihirli annem”in aktrisaları Londonda görüşdülər

2003-2012-ci illərdə yayımlanan “Sıhirli Annem” fantastik uşaq serialında rol alan Betüş (İnci Türkay), Ceren (Gizem Güven) və Çilek (Zeynep Özkaya) illər sonra bir araya gəlib. 

OLAY yazır ki, onlar Londonda görüşüblər. 

Görüşdən xatirə fotoları instaqram hesabında paylaşan Zeynep Özkaya “Sehirli anamız səni çox sevirik” şərhini yazıb. 

Bununla yanaşı onlar serialda məşhur qucaqlaşma səhnəsini də təkrarlayıblar. 

İllərdir serialda dostluqlarını davam etdirən aktrisaların sosial şəbəkədəki paylaşımları qısa zamanda şərh və bəyənmə alıb.