Həm pandemiyadan sonrakı dövrün ilk mərasimi, həm də əvvəl itirdiyi tamaşaçıları geri qaytarmaq üçün 94-cü Akademiya Mükafatlarına (Oscar) yeni kateqoriya əlavə edir.
OLAY yazır ki, tamaşaçıların seçimi kateqoriyasında ilin ən populyar filmi tvitter istifadəçilərinin səsləri ilə müəyyən ediləcək.
Sosial şəbəkə istifadəçiləri #OscarsFanFavorite heşteqi vasitəsilə filmin namizədliyini irəli sürə biləcəklər.
Abunəçilər 3 mart 2022-ci ilə qədər gündə maksimum 20 səs verə biləcəklər. Gələn il mərasimə üç istifadəçi dəvət olunacaq, qalib filmi təklif edən istifadəçilər arasında püşkatma olacaq.