Film / Serial
Film / Serial

Azərbaycanlı aktyor rus serialında!

Azərbaycanlı aktyor rus serialında!

Rusiyada aktyor və model kimi fəaliyyət göstərən azərbaycanlı Anar Xəlilov yeni layihəsi bəlli olub.

OLAY yazır ki, gənc aktyor “STS” kanalında yayımlanan “Plaksa” (Ağalağan) serialında rol alıb.

Sözügedən ekran işinin ötən gün ilk bölümü yayımlanıb.

Serialda Xəlilov “Lev” rolunu canlandırıb.

“Plaksa”nın ikinci mövsümdə Maşa və “Plaksa” qrupu musiqi yarışması üçün Moskvaya gedir. Amma onu gözləyən şöhrət və gəlirli müqavilələr deyil, ciddi sınaqlardır. İş adamının oğlu Lev (Anar Xəlilov) onu ulduzlarla tanış edəcəyinə söz verir. Müsabiqəyə rəhbərlik edən Basta onunla duet oxuyur. Maşa “Üç Gün Yağış” qrupunun solisti ilə də tanış olur. Bu qədər diqqətdən qızın başı fırlanır. Yalnız onun gələcək karyerası risk altında deyil: Maşa gitaraçı Nikita (Vanya Dmitrienko) ilə münasibətlərini pozmaq və yaxınları ilə qarşılıqlı anlaşmanı itirmək riski daşıyır.

Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.