Hollivud ulduzu, dünyaca məşhur aktrisa Ancelina Coli əfqan qadınlarına növbəti dəfə dəstək çıxıb.
OLAY yazır ki, o, Avropa Parlamentində təşkil olunan qadın və uşaqlarla bağlı konfransda danışıb.
O, Talibanın hakimiyyəti ələ keçirdiyi Əfqanıstanda qadınların hüquqlarının tapdalanmasına və gələcəkləri ilə bağlı narahatlıqlara diqqət çəkib.
Coli deyib ki, dünyanın liderlərini həmin ölkədəki mülki şəxslərə olan münasibətdə məsuliyyət daşımağa çağırır.
O, həmçinin əfqan qadın haqlarının müdafiəçisi Malalai Coyanın “Çiçəyi qoparda bilərsiniz, amma baharın gəlişinin qarşısını ala bilməzsiniz” sözlərini yada salıb:
“Ümid edirəm, hər yerdə azad düşünən insanlar əfqan qadınların unudulmamasına yardımçı olarlar”.