Film / Serial
Film / Serial

Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

Türkiyəli tanınmış aktyor Ayberk Pekcan vəfat edib.

OLAY yazır ki, bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkən sənətçi bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Əlli bir yaşlı aktyor ötən həftə Mersindəki xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, A. Pekcan “Kurtlar vadisi pusu”, “İlhamurlar altında”, “Yaprak dökümü” kimi məşhur seriallarda rol almışdı.