Yeddi ildir “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialında rol alan Oktay Kaynarca ilə bağlı daha bir iddia irəli sürülüb.
OLAY yazır ki, onun bir vaxt “Kurtlar vadisi”ndə canlandırdığı Süleyman Çakır obrazı ilə yenidən ekrana qayıdacağı iddia olunub.
“Kurtlar vadisi” serialının təkrar çəkiləcəyi, bu dəfə Çakırın həyatından bəhs olunacağı söylənilib.
Qeyd edək ki, O.Kaynarca 2004-cü ildə yayımlanan “Kurtlar vadisi” serialında rol alıb. O, 45-ci bölümdə ekran işinə vida edib.