Məşhur türkiyəli aktrisa Neslihan Atagülün yeni serialı müəyyənləşib.
OLAY yazır ki, o, “Ay yapım”ın çəkəcəyi “İşgal günlerinde aşk” layihəsində rol alacaq. Bu barədə Birsen Altuntaş məlumat yayıb.
Bildirilib ki, ekran işində hadisələr 1918-ci ildə cərəyan edəcək. Atagül isə rus Vera Qreqov obrazına həyat verəcək. Onun tərəf müqabilinin kim olacağı isə hələlik müəyyənləşməyib.