Film / Serial
Film / Serial

Hadise aktrisalığa başlayır

Hadise aktrisalığa başlayır

Məşhur türkiyəli müğənni Hadise aktrisalıq etməyə hazırlaşır.

OLAY yazır ki, ifaçı yaxın rəfiqəsi aktrisa Seda Bakanla birlikdə “Esas oğlan” adlı seriala çəkiləcək.

“GAİN” platformasında yayımlanacaq ekran işi səkkiz bölümdən ibarət olacaq. Yay mövsümündə layihənin çəkilişlərinə start veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl sənətçinin rol alacağı seriala görə 10 milyon lirə (527 min manat) qonorar alacağı ilə bağlı türk mətbuatında xəbərlər dərc olunmuşdu.